Bu gün Azərbaycanın üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Azərbaycanın üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 28 oktyabr 2015 06:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Tərtər və Bərdə rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 28-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun bir hissəsində, saat 09:00-dan 18:00-dək isə Tərtər və Bərdə rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR