Tiflisdə "Cənubi Qafqazda azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaların icrası" mövzusunda regional konfrans keçirilib - FOTO

Tiflisdə "Cənubi Qafqazda azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaların icrası" mövzusunda regional konfrans keçirilib - <span style="color: red;">FOTO
# 17 iyul 2015 16:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə "Cənubi Qafqazda azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaların icrası" mövzusunda regional konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri "Beynəlxalq Həbsxanalar İslahatı" təşkilatın direktoru Tsira Çanturiya açıb. Sonra tədbirdə Gürcüstan cəzaçəkmə və probasiya nazirinin müavini Kaxi Kaxişvili və layihənin rəhbəri Miranda Merkviladze, Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanov və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək həbsin əvəzinə alternativ cəzaların təyin edilməsi, həyata keçirilən islahatların Avropa standartlarına uyğun olması barədə fikir və təkliflər səsləndiriblər.

Konfransda Cənubi Qafqaz ölkələrinin QHT təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Rafiq Ramazanov "Azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaların icrası" mövzusunda çıxış edərək Azərbaycanda məhkəmə qərarlarının icrası və onlara nəzarət, həmçinin cəza çəkənlərə şəraitdən danışıb.

Sonra tədbirdə Cənubi Qafqaz ölkələrinin indiki şəraitdə təcrübəsi və gələcək üçün qəbul olunacaq planlar haqqında müzakirələr aparılıb, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR