Bank Of Baku

Ermənistan Mərkəzi Bankı: Rusiya qazının bahalaşması ölkə üçün “apokaliptik ssenari” olacaq

Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan

© APA | Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan

# 15 sentyabr 2026 15:39 (UTC +04:00)

Əgər Rusiya Ermənistan üçün qazın qiymətini qaldırsa, bu, "apokaliptik ssenari" olacaq.

APA xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı üçün belə bir dönüş ikiqat təsir göstərə bilər. Belə ki, ümumi inflyasiya səviyyəsi artacaq və ya iqtisadi tənəzzül baş verəcək.

Qalstyan qeyd edib ki, Rusiya qazının qiyməti qalxarsa, A planı və ya B planı deyil, X planı həyata keçiriləcək və Mərkəzi Bankın buna reaksiyası qeyri-standart olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR