Ucarda narkotik tərkibli bitki yetişdirən şəxs tutulub

Ucarda narkotik tərkibli bitki yetişdirən şəxs tutulub
# 08 iyul 2015 15:26 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda narkotik tərkibli bitki yetişdirilməsi faktı aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabörk kənd sakini 1994-cü il təvəllüdlü Abdullayev Firudin Ağabala oğlu 7 kol narkotik tərkibli bitkini xüsusi aqrotexniki qaydalarla əkib-becərdiyi üçün saxlanılıb. F. Abdullayev Rayon Polis Şöbəsinə gətirilərək istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR