ABŞ-ın Azərbaycandakı səfiri ABŞ təhsil proqramlarının məzunlarının görüşündə iştirak edib

ABŞ-ın Azərbaycandakı səfiri ABŞ təhsil proqramlarının məzunlarının görüşündə iştirak edib
# 27 fevral 2013 17:32 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ təhsil proqramlarının məzunlarının illik görüşündə iştirak edib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan səfir ABŞ təhsil proqramlarının azərbaycanlı məzunlarının iki ölkə arasında əməkdaşlıq qurulmasının vacib hissəsi olduğunu bildirib.

O qeyd edib ki, məzunlar gələcək liderlərin hazırlanması baxımından Azərbaycan cəmiyyətinin inkişafına böyük töhfə verirlər.

R Morninqstar məzunlar arasında icraçı direktorlar və QHT rəhbərləri də var.

Sonra ABŞ səfiri proqramlardan birinin məzunu olan Sevinc Məmmədovaya Dövlət departamentinin sertifikatını təqdim edib. S Məmmədova ABŞ dövlət departamenti tərəfindən «Ayın məzunu» seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR