Arseniy Yatsenyuk Silahlı Qüvvələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini tələb edib

Arseniy Yatsenyuk Silahlı Qüvvələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini tələb edib
# 16 mart 2015 15:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynanın baş naziri Arseniy Yatsenyuk Müdafiə Nazirliyi və Baş Qərargah İdarəsindən ölkənin Silahlı Qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirməyi tələb edib.

APA-nın məlumatına görə, hökumət başçısı bildirib ki, vəziyyət çətin olaraq qalır: “Rusiyanın terrorçu ordusu bu mərhələdə geri addım atmaq niyyətində deyil. Ona görə də hamımız intizamlı və məsuliyyətli olmalıyıq. Müdafiə Nazirliyi və Baş Qərargah İdarəsi Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirməlidir.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti və yerli administrasiyalar vətəndaşların təhlükəsizliyini təmin etməlidir. Daxili İşlər Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti və bütün hüquq-mühafizə orqanlarının üzərinə isə hər bir ukraynalının həyatına və Ukraynanın müstəqilliyinə təhlükə törədənləri izləmək düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR