«Unibank»ın mənfəəti 39% artıb

«Unibank»ın mənfəəti 39% artıb
# 05 fevral 2013 10:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azerbaycanın «Unibank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 75,697 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 32,9% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 31,9% artaraq 65,259 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən il nəticəsində bank 10,698 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 38,9% çoxdur.

Qeyd edək ki, bankın faiz gəlirləri 61,378 mln. manat, qeyri-faiz gəlirləri 14,579 mln. manat, faiz xərcləri 32,831 mln. manat, qeyri-faiz xərcləri isə 32,428 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 25,4%, qeyri-faiz zərəri isə 18,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR