Azərbaycanda məscidlərin sayı 2000-i keçib

Azərbaycanda məscidlərin sayı 2000-i keçib
# 18 aprel 2013 14:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Sovetlər dönəmi ilə müqayisədə hazırda Azərbaycanda məscidlərin sayı dəfələrlə artıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri Gəncədə “Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyev və din” mövzusunda keçirilən konfransda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyyad Aran bildirib.

Onun sözlərinə görə, Sovetlər dönəmində respublikada 18 məscid fəaliyyət göstərirdisə, hazırda məscidlərin sayı 2007-yə çatıb.

S.Aran qeyd edib ki, DQİDK yaranandan yenidən qeydiyyatdan keçmə başlayanadək, yəni 21.06.2001-ci ildən 1.09.2009-cu ilədək komitədə 534 dini qurum qeydiyyatdan keçib. Onlardan 32-ci qeyri-islam, 502-si İslam təmayüllü olub. Yenidən qeydiyyatdan keçmə başlayandan bu günədək, yəni 01.09.2009-dan 12.03.2012-dək 576 dini qurum qeydiyyatdan keçib ki, onlardan da 555-i İslam, 21 isə qeyri-islam təmayüllüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR