“Akademiya simalarda” kitabı çap olunub

“Akademiya simalarda” kitabı çap olunub
# 29 oktyabr 2015 13:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olmuş alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən “Akademiya simalarda” adlı kitab çapdan çıxıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, kitaba ön sözü AMEA-nın prezidenti, akademik Akif Əlizadə yazıb. Kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-hal fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur. Eyni zamanda, kitabın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı öz əksini tapır.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə nəşr edilən və Akademiyanın “Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan dilində təqdim edilib.

1000 nüsxə tirajla çap olunması nəzərdə tutulan kitabın 500 nüsxəsi artıq işıq üzü görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR