Bank Of Baku

“Hraparak”: Paşinyan Armen Qriqoryanı Qərbin maraqlarına görə işdən çıxarıb

Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan

© APA | Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan

# 28 oktyabr 2026 12:50 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan hesab edir ki, Paşinyan Qərbin maraqlarına görə onu işdən çıxarıb.

“Hraparak” qəzetinin məlumatına görə, Armen Qriqoryan Paşinyana qarşı narazılığını gizlətmir.

O, yaxınları ilə söhbətlərində iddia edir ki, Qərb onu Baş nazirə mümkün alternativ kimi görüb.

Qriqoryan işdən çıxarılmasını məhz bununla əlaqələndirir.

Nəşr onu da bildirir ki, Armen Qriqoryanın qohumları Paşinyanı tənqid edərək hesab edirlər ki, o, əvvəlcə öz silahdaşından istifadə edib, sonra isə ondan qurtulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR