Bank Of Baku

İrəvandan Mineralnıye Vodı şəhərinə uçan təyyarə qəza siqnalı verərək geri dönüb - YENİLƏNİB

İrəvandan Mineralnıye Vodı şəhərinə uçan təyyarə qəza siqnalı verərək geri dönüb - YENİLƏNİB
# 29 oktyabr 2026 15:31 (UTC +04:00)

İrəvandan Mineralnıye Vodı şəhərinə uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə Zvarnots hava limanına enib.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Təyyarənin qəza siqnalı verərək geri dönməsinin səbəbləri barədə hələlik açıqlama verilməyib.

***

15:27

Ermənistanın paytaxtı İrəvandan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan az sonra qəza siqnalı verməyə başlayıb.

Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə siqnal verdikdən sonra uçuş istiqamətini dəyişərək geri dönüb. Təyyarənin göyərtəsində təxminən 108 nəfərin ola biləcəyi bildirilir.

Hadisənin səbəbi, təyyarənin sonrakı taleyi və sərnişinlərin vəziyyəti barədə hələlik rəsmi məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR