Tanınmış aktyor Fərman Şəkili vəfat edib

Tanınmış aktyor Fərman Şəkili vəfat edib
# 06 mart 2013 15:22 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən dünən 58 yaşında vəfat edib.

APA-nın Kulis.Az-a istinadən xəbərinə görə, bu barədə aktyorun yaxınları məlumat verib.

Aktyor bu gün dəfn olunub.

Fərman Şəkili «Fransız», «Həm ziyarət, həm ticarət», “İstanbul reysi”, «Sarı gəlin», Yalan», «Otel otağı», «Yarımştat» kimi film və teletamaşalarda müxtəlif obrazlar yaradıb.

Uzun müddət Şəki Dövlət Dram Teatrında çalışan F.Abdullayev müxtəlif beynəlxalq festivallarda uğur qazanıb. Onu ən çox tanıdan və sevdirən obrazı isə televiziya proqramında uşaqlar üçün yaratdığı Şurum Burum obrazı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR