Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq
# 29 iyun 2016 10:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə isti, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz , ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR