Azərbaycanda bankların məcmu kapitalı 36% artıb

Azərbaycanda bankların məcmu kapitalı 36% artıb
# 08 fevral 2013 14:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2013-cü il yanvarın 1-nə 2 573,0 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin yanvarın 1-nə nisbətən 686,7 mln. manat və ya 36,4% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu, Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə bankların məcmu kapitalının həcmi 10,8 mln. manat və ya 0,6% azalıb.

Qeyd edək ki, bankların məcmu kapitalının artımı ilk növbədə nizamnamə kapitalının AMB-nin tələbinə uyğun artırılması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR