Türkiyə səfirliyinin media müşaviri: “Azərbaycan-Türkiyə mətbuat əlaqələrini daha da zənginləşdirmək, təcrübə mübadiləsini dərinləşdirmək lazımdır”

Türkiyə səfirliyinin media müşaviri: “Azərbaycan-Türkiyə mətbuat əlaqələrini daha da zənginləşdirmək, təcrübə mübadiləsini dərinləşdirmək lazımdır”
# 11 dekabr 2014 08:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan-Türkiyə mətbuat əlaqələrini daha da zənginləşdirmək, media mənsubları arasında dialoqu daha da gücləndirmək, təcrübə mübadiləsini dərinləşdirmək lazımdır”. APA-nın xəbərinə görə, bunu “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda Bakıda keçirilən konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Hamit Karadəniz deyib. O bildirib ki, xəbərçilikdə insan faktoru çox önəmlidir: “Xəbərin qaynağına, mənbəyinə, kimdən və necə alındığına diqqət edilməlidir. Hər kəs özəl olsun deyə hər şeyi yazmamlıdır. Bu prosesin bəzi süzgəclərdən keçməsi zəruridir. İnsanlara doğru məlumatlar vermək lazımdır”.


TİKA-nın (Türk İşbirliyi və Koordinasiya Agentliyi) Bakı üzrə proqram koordinatoru Mustafa Haşim Polat tədbirdə çıxışı zamanı deyib ki, bugünkü konfrans Türkiyə-Azərbaycan media əməkdaşlığı çərçivəsində həyata keçirilən üçüncü layihədir. O qeyd edib ki, ilk layihə çərçivəsində Azərbaycanın gənc jurnalistlərinin - 20 qəzetin əməkdaşlarının Türkiyəyə səfəri təşkil olunub: “İkinci layihə zamanı 30 TV əməkdaşı TRT-də ixtisasartırma kursu keçib. Üçüncü layihə isə elektron media ilə bağlıdır. Hər iki ölkə mediası üçün elektron media məsələsi əhəmiyyətlidir. 2015-i ildə də bu işlər davam edəcək və gələcəkdə bunlar öz müsbət nəticələrini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR