Paşha Bank
Bank Of Baku

KİV: Ermənistanda benzin rekord həddə bahalaşıb

KİV: Ermənistanda benzin rekord həddə bahalaşıb
# 28 sentyabr 2026 15:50 (UTC +04:00)

Ermənistanda benzinin qiyməti rekord həddə yüksəlib.

“News.am”-ın xəbərinə görə, Aİ-92 markalı benzinin bir litrinin qiyməti 600 drama (təxminən 1,65 dollar), Aİ-95 markalı benzinin qiyməti isə 620 drama (təxminən 1,71 dollar) çatıb.

Məlumata görə, “Flash Petrol” və “Max Oil” yanacaqdoldurma şəbəkələri qiymətləri öz saytlarında yeniləyib.

“Flash Petrol”un rəsmi saytında “Regular” Aİ-92 benzininin qiyməti 600 dram, “Premium” benzinin qiyməti isə 620 dram göstərilir.

Ermənistan mediasının məlumatına görə, yanacağın bahalaşması ölkədə tarixi maksimum hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR