“Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların tarixləri bu həftə açıqlana bilər”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Biz amerikalılarla Əbu-Dabidə keçiriləcək üçtərəfli Rusiya-ABŞ-Ukrayna danışıqlarının mümkün tarixlərini müzakirə etməyə başlamışıq. Görüş noyabrda olacaq. Artıq konkret müzakirələr başlayıb", - Kreml rəsmisi vurğulayıb.