ADPU-nun yeni rektoru prorektor və dekanlara tapşırıqlar verib

ADPU-nun yeni rektoru prorektor və dekanlara tapşırıqlar verib
# 29 iyun 2016 12:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyunun 28-29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şura keçirib.

ADPU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şurada ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Mehdi Abdullayev, İnzibati-təsərrüfat işləri üzrə prorektoru, dosent Səfər Hüseynov, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov çıxış edərək universitetdə tədris prosesinin vəziyyəti, imtahan sessiyasının gedişi, pedaqoji təcrübə, universitetin beynəlxalq əlaqələri, əmək nizam-intizamı, universitetin maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, keçirilən ictimai-mədəni tədbirlər, bu ali təhsil müəssisəsində tədris prosesinə və imtahan sessiyasının gedişinə ictimai nəzarəti həyata keçirəcək İctimai Şuranın yaradılması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Sonda C. Cəfərov prorektorlara, fakültə dekanlarına və struktur bölmələrinin rəhbərlərinə Rektoryanı Şurada qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ilə bağlı səslənən fikirlərin universitetin bütün kollektivinə çatdırılmasını tapşırıb və yaxın vaxtlarda fakültələrdə görüşlər keçirəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR