Deputat Müdafiə Nazirliyinin rəhbərliyindən əsgər ölümləri ilə bağlı Milli Məclisə hesabat verməyi tələb edib

Deputat Müdafiə Nazirliyinin rəhbərliyindən əsgər ölümləri ilə bağlı Milli Məclisə hesabat verməyi tələb edib
# 05 mart 2013 10:00 (UTC +04:00)

APA-nın məlumatına görə, deputat Qənirə Paşayeva bildirib ki, orduda baş verən intihar hadisələri araşdırılmalıdır və bu hallar ciddi narahatlıq doğurur.

O, məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətinin yüksəldilməsini təklif edib: “Sovet dövründə məktəblərdə hərbi tədris çox yüksək səviyyədə keçirilirdi. Gənclər silahla yaxından tanış olurdular və onlar orduya hazırlıqlı vəziyyətdə gedirdilər. Azərbaycanın bugünkü durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməli və gənclərə silahla davranış qaydaları öyrədilməlidir”. Deputat İqbal Ağazadə də əsgər ölümlərindən narahatçılığını bildirib və Müdafiə Nazirliyinin rəhbərliyindən Milli Məclisə hesabat verməyi tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR