Boris Nemtsovun qətlində şübhəli bilinən daha 2 şəxs saxlanılıb

Boris Nemtsovun qətlində şübhəli bilinən daha 2 şəxs saxlanılıb
# 07 mart 2015 21:58 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxoyev bildirib.

“Çeçenistan Daxili İşlər Nazirliyinin “Şimal” batalyonunun komandirinin müavini Zaur Dadayev və onunla avtomobildə olan şəxs saxlanılıb. Bundan başqa, Moskvada özəl mühafizə şirkətlərinin birində çalışan Anzor Qubaşev və onun kiçik qardaşı da saxlanılıb”, deyə Baraxoyev bildirib.

Bundan əvvəl Boris Nemtsovun qətli ilə bağlı 2 nəfər - Anzor Qubaşev və Zaur Dadayevin şübhəli şəxs qismində saxlanıldığı barədə məlumat verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR