Azərbaycan BVF-yə olan borcun 97%-ni qaytarıb

Azərbaycan BVF-yə olan borcun 97%-ni qaytarıb
# 06 mart 2013 14:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcun 97,3%-ni artıq qaytarıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabata əsasən, Azərbaycan BVF-yə 1992-ci ildə üzv olub, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımından bəhrələnib. Nəticədə, 1995-2005-ci illər ərzində Azərbaycanda iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədilə Fonddan 577,3 mln. ABŞ dolları məbləğində uzunmüddətli kreditlər cəlb edilib. «Bu kreditlər hesabına aparılan islahatlar daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan verib», - deyə hesabatda bildirilir.

«Hazırda cəlb edilmiş kreditlərin qrafik üzrə qaytarılması təmin edilir və 2013-cü ilin əvvəlinə Azərbaycan hökumətinin BVF-yə olan borcun qalığı 15,3 mln. dollar təşkil edib», - deyə hesabatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR