DSX rəisi Ağstafa, Qazax, Samux və Şəmkir sakinlərini qəbul edib - FOTO - VİDEO

 DSX rəisi Ağstafa, Qazax, Samux və Şəmkir sakinlərini qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 may 2015 07:48 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, qəbul zamanı vətəndaşların xidmətə qəbul, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasında köməkliyin, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR