Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb
# 18 noyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 258 mln. 519,70 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln. 671,23 min manat və ya 0,13% artıb.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 322 832,42 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 849 484,07 min manat, aksizlər üzrə 70 070,64 min manat, yol vergisi üzrə isə 16 132,57 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR