Bank Of Baku

Lavrov mülki gəmilərə hücumlara moratorium təklifini qeyri-real hesab edir

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 08 sentyabr 2026 13:35 (UTC +04:00)

Qara dənizdə gəmilərə hücumlara moratorium qoymaq ideyası real deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukraynanın mülki gəmilərə hücumlara moratorium qoymaqla Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq cəhdləri qəbuledilməz və qeyri-realdır.

Lavrov Ukraynanın mülki gəmilərdə silah daşımaqla bu cür razılaşmalardan dəfələrlə sui-istifadə etdiyini xatırladıb: “Bununla belə, Rusiya gübrə və taxılının maneəsiz ixracına ümid edirdi, lakin Avropa ölkələri razılaşmanın bu hissəsini blokladılar”.

Qeyd edək ki, Taxıl sazişi 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər qüvvədə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR