Lənkəranda balıqçı dənizdə boğulub - YENİLƏNİB - FOTOSESSİYA

Lənkəranda balıqçı dənizdə boğulub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2013 17:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov, Ağəddin Babayev - APA. Lənkəran rayonunda balıqçı Xəzər dənizində boğulub. Lənkəran Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini, 1957-cı il təvəllüdlü Afərin Mikayıl oğlu Vəliyev aprelin 24-də dənizdə balıq tutarkən suya düşərək boğulub. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FJN) Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlardan sonra aprelin 25-də axşam saatlarında Afərin Vəliyevin meyitini dəniz sahilindən təxminən 100 metr aralıda taparaq ailəsinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR