Bank Of Baku

Lavrov: Rusiya ABŞ-la Ukrayna üzrə təhlükəsizlik zəmanətləri dialoqunun davamına ümid edir

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 10 noyabr 2026 12:11 (UTC +04:00)

Rusiya ümid edir ki, Amerika administrasiyasının Ukrayna kontekstində təhlükəsizlik zəmanətləri üzrə dialoqu davam etdirmək üçün kifayət qədər qətiyyəti olacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Moskvanın Vaşinqtonun addımları ilə bağlı heç bir illüziyası yoxdur.

Lakin Lavrov qeyd edib ki, Trampın rəhbərliyi altında ABŞ administrasiyası təkəbbürlü Bayden administrasiyasından fərqli olaraq dialoqa hazırdır.

Sergey Lavrov həmçinin vurğulayıb ki, ABŞ-ın təklifi və Rusiyanın razılığı ilə Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna böhranı başa çatdıqdan sonra regional təhlükəsizliyin parametrləri müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR