Litva nümayəndə heyəti “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda keçiriləcək tədbirlərdə iştirak etməyəcək

Litva nümayəndə heyəti “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda keçiriləcək tədbirlərdə iştirak etməyəcək
# 31 mart 2015 14:21 (UTC +04:00)

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, Ermənistanın Litvadakı səfirliyi və erməni diasporunun səylərinə rəğmən, Seymin rəhbərliyi deputatların həmin tədbirlərdə iştirakının əleyhinə çıxıb.

Parlament rəhbərliyi bəzi deputatların onları İrəvana göndərmək xahişini iki dəfə rədd edib. Deputat Vidas Gedvilas bildirib ki, müvafiq qərar məsələnin həssaslığı üzündən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR