ETSN Nəsimi rayonunda qanunsuz ağac kəsimi ilə bağlı 40 min manat cərimə tətbiq edib

ETSN Nəsimi rayonunda qanunsuz ağac kəsimi ilə bağlı 40 min manat cərimə tətbiq edib
# 18 avqust 2014 11:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin 12 avqust 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub.

Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ağacın Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40000 manat məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar ETSN-in aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR