Kiril Qriqoryan: “Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir” - VİDEO

Kiril Qriqoryan: “Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir” - <span style="color: red;">VİDEO
# 12 avqust 2015 10:05 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “Qəbələ yaddaşımda unudulmaz anlarla qalacaq. Belə ki, mən Dünya Kuboku yarışlarında ilk qızıl medalımı məhz burada qazandım. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi və sonda mən qalib oldum. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Qəbələnin təbiəti xoşuma gəldi. Azərbaycana ilk dəfədir ki, gəlirəm və burada hər şeyin gözəl olmasının şahidiyəm”.

Bunu APA-ya müsahibəsində Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarında 50 metr məsafəyə tüfəngdən atəşaçma üzrə qızıl medal qazanan erməni əsilli Rusiya idmançısı Kiril Qriqoryan deyib.

O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı insanların mehribanlığını da xüsusi vurğulayıb: “Buranın insanları çox qonaqpərvərdir, mənzərəli, görməli yerləri çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki, paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri bu şəhərinin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir. Buradakı atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir. Gələcəkdə Azərbaycanda Yay Olimpiya Oyunları keçirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR