“Expressbank” əməkdaşları qanvermə aksiyasında iştirak edib - FOTO

“Expressbank” əməkdaşları qanvermə aksiyasında iştirak edib - <span style="color: red;">FOTO
# 11 dekabr 2014 08:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Expressbank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq, “Talassemiyasız həyat naminə” proqramına dəstək verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, baş ofisdə təşkil olunan qanvermə aksiyasında “Expressbank”ın rəhbərliyi və əməkdaşları iştirak edib. Aksiyanın yekunlarına görə mərkəzi qan bankına 10 litrə yaxın qan verilib.

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə ölkədə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirir.

Qeyd edək ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı qanvermə aksiyalarından asılıdır.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 120-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR