Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Səudiyyə Ərəbistanı nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Səudiyyə Ərəbistanı nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 03 aprel 2013 12:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin rəisi, general-leytenant Zümeyyim bin Cuveybur Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə APA-ya DSX-dən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti DSX rəisi E. Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə məlumat verilib. Müzakirələr zamanı sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin yaradılması və inkişafı, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə haqqında, o cümlədən dəniz sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsinə, Akademiyasına, Aviasiya Dəstəsinə, “Sərhədçi” idman olimpiya mərkəzinə, Xüsusi Məktəbinə və digər hərbi hissələrinə səfər edib. Səfər aprelin 4-ü başa çatır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR