Gəncədə tələbə tələbəni bıçaqlayıb - VİDEO

 Gəncədə tələbə tələbəni bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2014 07:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Şəki rayon sakini, Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi tələbə yoldaşı, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyevi bıçaqlayıb. T. Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tələbənin vəziyyətinin ağır olduğu bildiriblər.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR