Bakı sakini Lənkəranda dənizdə boğulub - VİDEO

Bakı sakini Lənkəranda dənizdə boğulub - <span style="color: red;">VİDEO
# 24 avqust 2014 18:58 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfər dənizdə boğulub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 24-də saat 17.30 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 21 yaşlı Amil Vüqar oğlu Əsgərov Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin dalğıc-xilasedicilərinin səyləri ilə onun cəsədi batdığı yerdən 100 – 150 metr aralıda tapılaraq sudan çıxarılıb.

Məlumata görə, A.Əsgərov Lənkərana istirahətə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR