MSK Milli Məclisə keçirilmiş təkrar seçkilərə yekun vuracaq

MSK Milli Məclisə keçirilmiş təkrar seçkilərə yekun vuracaq
# 28 iyun 2016 16:16 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

APA-nın məlumatlına görə, iclas 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin yekunlarına həsr edilib.

İclasda iyunun 18-də Milli Məclisə keçirilmiş təkrar seçkilərin nəticələri yoxlanılacaq və yekun vurulacaq.

Qeyd edək ki, seçkinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov 19774 səslə lider namizəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR