Bank Of Baku

Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın açıqlamalarını təxribat hesab edir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

© APA | Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

# 29 avqust 2026 10:57 (UTC +04:00)

Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ruslarla bağlı açıqlamalarını təxribat hesab edir.

Rusiya mediasının xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın Ermənistanın cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olduğu barədə sözlərinə münasibət bildirərkən deyib.

Zaxarova qeyd edib ki, bu açıqlamalar Rusiyada mümkün səfərbərliklə bağlı dəfələrlə təkzib edilmiş spekulyasiyalar fonunda səsləndirilib.

Onun sözlərinə görə, Simonyanın bu cür bəyanatları mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə “zəhərli siyasi çalar” verir.

Rusiya XİN rəsmisi Moskvanın Simonyanın açıqlamalarını təxribat xarakterli hesab etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR