SOCAR Supsa limanından xam neftin ixracını kəskin azaldıb

SOCAR Supsa limanından xam neftin ixracını kəskin azaldıb
# 01 iyul 2016 16:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında SOCAR Supsa limanından 176 120 ton xam neft ixrac edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin iyun ayı ilə müqayisədə 48,05% azalıb.


Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Supsa limanından 1 mln. 217 min 67 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,19% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR