MDB ölkələri xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

MDB ölkələri xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
# 26 yanvar 2013 10:15 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Yanvarın 29-30-da MDB İcraiyyə Komitəsinin Minskdə yerləşən binasında üzv ölkələrin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. APA-nın xəbərinə görə, XİN təmsilçiləri müxtəlif sahələr üzrə əməkdaşlıq, azad ticarət zonası haqqında Müqavilənin qüvvəyə minməsi ilə bağlı məsələlər, MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 5-də Daşkənddə keçiriləcək iclasına hazırlıq işlərini müzakirə edəcəklər.

Yığıncaqda 2013-cü ildə çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının layihəsinin də razılaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR