Son bir həftə ərzində Gürcüstanda “donuz qripindən” 4 nəfər keçinib

Son bir həftə ərzində Gürcüstanda “donuz qripindən” 4 nəfər keçinib
# 21 fevral 2013 17:36 (UTC +04:00)

Bakı-APA. İlin əvvəlindən Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) doqquz nəfər keçinib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə nəzarət və ictimai sağlamlıq Milli mərkəzinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ölənlər arasında 4 yaşlı uşaq və 65 yaşlı vətəndaş var, qalanları isə 30- 64 yaş arasında olub. Qeyd etmək lazımdır ki, H1N1 virusundan ölənlərdən dörd nəfəri son bir həftədə keçinib.


Ümumilikdə Gürcüstanda bu günədək 182 A/H1N1 virusu və 10 B/H1N1 virusu ilə yoluxma halı qeydə alınıb.



Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Paata İmnadze H1N1 virusunun ölkədə geniş yayılma təhlükəsinin olmadığını vurğulayıb.



Onun sözlərinə görə, risk qrupuna daha çox hamilə qadınlar, yaşlı insanlar, xroniki xəstələr və azyaşlı uşaqlar aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR