ATƏT Nazirlər Şurasının ikinci günüdə əsas diqqət Ukrayna böhranı və Yaxın Şərqdə terror təhlükəsinə yönəlib

ATƏT Nazirlər Şurasının ikinci günüdə əsas diqqət Ukrayna böhranı və Yaxın Şərqdə terror təhlükəsinə yönəlib
# 05 dekabr 2014 10:54 (UTC +04:00)

APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, dekabrın 4-də başlayan iclas bu gün ATƏT-in 20 illik fəaliyyəti barədə kitabın təqdimatı ilə başlayıb.

Bundan sonra isə plenar sessiya işinə davam edib.

İclas zamanı əsas diqqət Ukrayna böhranı və Yaxın Şərqdəki terror təhlükəsinə yönəlib.

Misir, Tunis və Mərakeş nümayəndələri çıxışlarında ATƏT-i Yaxın Şərqdəki terror təhdidinə xüsusi diqqət yetirməyə çağırıblar.

Bu gün Ukrayna ilə bağlı yekun qətnamənin qəbulu və yekun mətbuat konfransının keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR