Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiyasının layihəsini noyabr ayında dərc etməyi planlaşdırır.
"News-Armenia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.
“Biz yeni Konstitusiyanın layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, daxil olan təkliflər təqdim ediləcək və nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin cəmiyyətimiz tərəfindən kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”, – Paşinyan vurğulayıb.
Baş nazir qarşıda duran hökumət vəzifələrindən birinin Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası olduğunu qeyd edib.