ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub

ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub
# 12 avqust 2015 02:46 (UTC +04:00)

Bakı-APA. ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın hazırkı sədri, Serbiya XİN rəhbəri İvitsa Daçşiçin bəyanatında bildirilir.

ATƏT rəhbəri qeyd edib ki, bu hadisədən sonra o növbəti dəfə münaqişə tərəfləri Xüsusi monitorinq qrupunun işinə əngəl törətməməyə çağırıb.

Bundan əvvəl Ukrayna XİN-i Donbasda atəşkəsin pozulması təhlükəsi olduğundan Rusiya hakimiyyətini tədbir görməyə çağırıb.

Qeyd edək ki, avqustun 10-na keçən gecə Donetskdə naməlum şəxslər ATƏT müşahidə missiyasına məxsus 7 avtomobil yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR