“Skysports” “Bakı-2015” ilk Avropa Oyunlarında britaniyalı atletlərin çıxışı ilə bağlı yazı dərc edib

“Skysports” “Bakı-2015” ilk Avropa Oyunlarında britaniyalı atletlərin çıxışı ilə bağlı yazı dərc edib
# 26 iyun 2015 10:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Britaniyanın “skysports” saytı “Bakı-2015” ilk Avropa Oyunlarında britaniyalı atletlərin çıxışı ilə bağlı yazı dərc edib.

APA-nın məlumatına görə, yazıda qadınların boks yarışlarında qızıl medal qazanan Olimpiya çempionu Nikola Adams təəssüratlarını bölüşüb.

Zədə səbəbindən aylarla rinqlərdən kənar qalan 32 yaşlı boksçu Avropa Oyunlarının qalibi olmaqla möhtəşəm qayıdış etdiyini deyib: “Fantastik hisslər keçirirəm. Tarix yazmağı bacarmaq inanılmaz duyğudur. Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Gərgin məşqlər keçdim. Nəyə qadir olduğumu hər kəsə göstərmək istəyirdim.”

Nikola Adams növbəti hədəfinin Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və orada uğurla çıxış etmək olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR