Filippində sərnişin bərəsənin batması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb

Filippində sərnişin bərəsənin batması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
# 03 iyul 2015 04:19 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Filippinin sahil mühafizə xidmətinin nümayəndəsi Arman Balilo bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 134 nəfər xilas olunub, 15 nəfər itkin düşüb.

Gecə boyu davam edən axtarış-xilasedici əməliyyata Hərbi Dəniz Qüvvələrinin gəmisi və Hərbi-Hava Qüvvələrinin iki təyyarəsi cəlb olunub.

Xatırladaq ki, Ormok limanından Kamotes adasına üzən “MV Kim Nirvana-B” sərnişin bərəsi hərəkətə başlayandan 20 dəqiqə sonra batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR