Bibiheybətdə benzin maşınının aşması nəticəsində yanğın baş verib

Bibiheybətdə benzin maşınının aşması nəticəsində yanğın baş verib
# 26 yanvar 2013 10:47 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 10-cu kilometrliyində, Bibiheybət ərazisində baş verib. Benzin daşıyan avtomobil sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə avtomobilin sürücüsü dünyasını dəyişib. Yanacaq çənində olan benzin ətrafa səpilib və ərazidə yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR