Bakının bəzi yerlərində təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının bəzi yerlərində təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 02 iyul 2016 13:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bakının bir sıra məntəqələrində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və diametri 720 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar 03 iyul 2016-cı il tarixdə saat 09.00-dan işlər yekunlaşanadək Səbail rayonu Bayıl, Badamdar qəsəbəsinin eləcə də 20-ci sahə yaşayış massivinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Yasamal rayonu Nizami və Ə.Quliyev küçələri, həmçinin Nəsimi rayonu D.Əliyeva küçəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR