Qubad İbadoğlu: “Növbədənkənar qurultay hədəfinə nəyin bahasına olursa olsun, çatmaq kimi bir niyyətim yoxdur”

Qubad İbadoğlu: “Növbədənkənar qurultay hədəfinə nəyin bahasına olursa olsun, çatmaq kimi bir niyyətim yoxdur”
# 09 dekabr 2014 15:23 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, növbədənkənar qurultayın çağırılması məqsədilə yaradılan Təşəbbüs Qrupunun rəhbəri Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, Müsavatda növbədənkənar qurultayın çağırılması ilə bağlı qarşıya qoyulan hədəf dəyişməyib: “Hədəfimiz dəyişməyib, amma hədəfə nəyin bahasına olursa olsun, çatmaq niyyətində də deyiləm”.

Q. İbadoğlu Müsavatın son qurultayında baş verən pozuntularla bağlı Ədliyyə Nazirliyinə müraciət etmədiyini də vurğulayıb: “Mən Ədliyyə Nazirliyinə heç bir müraciət etməmişəm və ümumiyyətlə, bu fikirdə olmamışam. Ədliyyə Nazirliyinin qurultayın nəticələrinə müsbət münasibət bildirməsində maraqlıyam”.

Q. İbadoğlu təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis yığıncağına hazırlaşdıqlarını açıqlayıb: “Hazırda təsis yığıncağının çağırılması məqsədilə Təşkilat Komitəsini formalaşdırırıq. Təsis yığıncağının vaxtı barədə qərarı Təşkilat Komitəsi verəcək, Təşəbbüs Qrupu hərəkatın Nizamnaməsi və Fəaliyyət Proqramı üzərində işləyir, planlaşdırırıq ki, təsis yığıncağına tələb olunan sənədlər paketi ilə gedək və həmin sənədləri qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR