Bakıda 23 yaşlı oğlan qətlə yetirilib - VİDEO

Bakıda 23 yaşlı oğlan qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 08:22 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 19-da saat 21.30 radələrində Sabunçu qəsəbəsi Əsədullayev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Nihad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən, Sabunçu qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR