Balakəndə minik və yük avtomobilləri toqquşub

Balakəndə minik və yük avtomobilləri toqquşub
# 16 iyul 2015 07:04 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Balakən-Qabaqçöl avtomobil yolunda baş verib.

Balakən rayonunun Şanbul kənd sakini, 1995-ci il təvəllüdlü Mahir İsa oğlu Bazarovun idarə etdiyi “VAZ 2109” markalı, 55 BP 166 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən rayon sakini, 1992-ci il təvəllüdlü Hüseyn Məhəmməd oğlu Göyüşlünün idarə etdiyi “Kamaz” markalı, 08 BF 236 dövlət nömrə nişanlı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2109”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.


Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralı Mahir Bazarov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağıq qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR