“NİDA” Vətəndaş Hərəkatının üzvü prezident İlham Əliyevə əfv müraciəti edib

“NİDA” Vətəndaş Hərəkatının üzvü prezident İlham Əliyevə əfv müraciəti edib
# 15 oktyabr 2014 10:10 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Ö.Məmmədov ərizəsində qeyd edib ki, cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılır: " Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm".

Qeyd edək ki, bundan əvvəl də NİDA” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR