Barak Obama Rusiyanı "Ebola" ilə eyniləşdirib

 Barak Obama Rusiyanı "Ebola" ilə eyniləşdirib
# 15 noyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “ABŞ dünya üçün ciddi təhdidlərə qarşı mübarizədə beynəlxalq ictimayyətin önündə gedir”.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama G20 sammiti çərçivəsində çıxışı zamanı deyib.

“Qərbi Afrikada "Ebola" epidemiyası, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzü kimi dünya üçün təhdidlərə qarşı mübarizədə ABŞ liderlik edir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR